Sarkisyan Azərbaycanı hədələdi - “Bakıya elə sarsıdıcı zərbə endirərik ki...”

Sarkisyan Azərbaycanı hədələdi - “Bakıya elə sarsıdıcı zərbə endirərik ki...”

Bizim Bakını tutmaq və kapitulyasiyaya məcbur etmək kimi strateji məqsədimiz yoxdur, amma sarsılmaz zərbə endirə endirə bilərik”. Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublikaçılar partıyasının bu gün keçirilən 16-cı qurultayında deyib.

Ermənistan mətbuatının məlumatına görə, Sarkisyan deyib ki, hərbi əməliyyatların bərpasına Ermənistanın ehtiyacı yoxdur: "Münaqişə yalnız sülh yolu ilə həll oluna bilər”.

"Aprel ayında bizim ordumuz onun qarşısında duran vəzifəni yerinə yerinə yetirə bildi, amma Azərbaycan ordusu, aqresiya nümayiş etdirsə də, qarşısına qoyduğu məqsədə çata bilmədi”, – Sarkisyan deyib.

"Biz silahlanma yarışına girmək fikrində deyilik, bunun mənası yoxdur. Bizim silahlı qüvvələrimizin qarşısında qoyulan vəzifələr aydındır və bu vəzifələri yerinə yetirmək üçün kifayət qədər resursumuz var”, – Sarkisyan deyib.

Bu çıxışdan sonra partiyanın rəhbərliyinə seçkilər keçirilib, Sarkisyan yenidən Respublikaçılar partiyasının sədri seçilib./azerbaycan24 saat/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az