Sarkisyan güzəştlərə hazır olduğunu bildirib

Sarkisyan güzəştlərə hazır olduğunu bildirib
Moskvanın İrəvanın fikrini dəyişməyə razı saldığı güman edilir

Ermənistan prezidenti qəflətən və ekspertlərin fikrincə, ilk dəfə olaraq siyasətdə güzəştlərin vacibliyindən danışmağa başlayıb.
Serj Sarkisyan ümumerməni gənclər toplantısına gəlib və orada çıxış edib. Yerli ekspertlər dərhal cavab veriblər ki, Ermənistan prezidenti ilk dəfədir ki, güzəştlərin vacib olmasını vurğulayıb.
"İnanın ki, siyasətdə razılığa gəlmək çox vacibdir. Ümumiyyətlə, həyatda güzəştlər vasitəsilə razılığa gəlmək çox önəmlidir”, - deyə Sarkisyan vurğulayıb. 
Nümunə kimi Serj Sarkisyan məşhur ifadənə səsləndirib: "Ən vacib qələbə az itki və səy nəticəsində qazanılan qələbədir”.
Görəsən, Sarkisyanın hansısa güzəştləri nəzərdə tutan bu bəyanatı nə ilə bağlıdır? Yerli ekspertlər düşünürlər ki, Sarkisyanın ilk dəfədir ki, bu cür bəyanatları onun Rusiya prezidenti Vladimir Putinlə Soçidə görüşü ilə bağlıdır. Axı orada danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi və ondan çıxış yolları olub. Olar bilər ki, Moskva nədənsə İrəvanın fikrini dəyişməyə razı sala bilib. //İstipress
 
Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az