Sarkisyanın istefası tələb olundu-Putinin Qarabağ iclası

Sarkisyanın istefası tələb olundu-Putinin Qarabağ iclası

Ermənistan təsdiqlədi: Azərbaycan bu əraziləri ələ keçirib

"Ordumuzun məğlubiyyətinə, Azərbaycan tərəfinin strateji əhəmiyyətli hündürlükləri tutmasına görə Serj Sarkisyan istefa verməlidir”.
 
Miq.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "armaneianreport” saytında dərc olunan məqalədə müəllif Qraçya Qalustyan yazıb.
 
Onun sözlərinə görə, Ermənistan ictimaiyyəti Sarkisyanı istefaya məcbur etməlidir: "Bizim hökmdarlar indiyə qədər cəmiyyəti aldadırdı ki, Azərbaycan gücsüz ölkədir və bizə heç nə edə bilməz. Halbuki, Azərbaycan həm müharibədə, həm də diplomatiyada Ermənistanı məğlub etdi. Son hadisələr Sarkisyanın bizi indiyə qədər barmağına doladığını sübut etdi”.

Müəllif diqqətə çatdırıb ki, hakimiyyətin strateji yüksəklikləri geri aldığına dair məlumatları da başdan-ayağa yalandır.
 
"Artıq Azərbaycan aldığı yüksəliklərdən real fotolar paylaşıb. Hakimiyyətin itkilər haqda dediyi rəqəmlər də yalandır. Bu, sadəcə ümumi sayın cüzi hissəsidir. Onlar guya qələbə çaldığımıza dair ümumi fikir təlqin edirlər. Amma həqiqəti gizlətmək mümkün deyil. Görünür, Ermənistan hakimiyyəti heç bir təhlükəyə hazır deyil və bu bizim – sadə əhalinin həyatı bahasına başa gəlir. Məhz bunlara görə, artıq istefanın vaxtıdır”, - deyə o qeyd edib.
 
Müəllif erməni ictimaiyyətini Serj Sarkisyanın istefasını tələb etməyə çağırıb.
 

    Putin Qarabağa görə Təhlükəsizlik Şurasının iclasını çağırdı

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ məsələsini müzakirə edib. Bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.Onun sözlərinə görə, iclasda Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın iştirakı haqda danışılıb.
 
"Müşavirənin gedişatında bu günlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində yaranmış gərginlik və Rusiyanın problemin həllində iştirakı müzakirə edilib”, - deyə Peskov bildirib.

Miq.az-a daxil olan məlumata görə, Putinin Qarabağa görə Təhlükəsizlik Şurasının iclasını çağırması Ermənistanda yaxınlarda yaranacaq gərginliklə əlaqədardır. Hətta Ermənistanda Sarkisyan hakimiyyətinin devrilmə təhlükəsinin ola bilmə anonsu da verilməkdədir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az