Səbaildə Ramazan sovqatı paylandı

Səbaildə Ramazan sovqatı paylandı

Mübarək Ramazan ayında imkansızlara yardımlar etmək, onlar üçün bayram süfrələrinin təşkilində yardımçı olmaq vacib əməllərdən sayılır.

Bu istiqamətdə paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunun qəsəbələrində və yaşayış sahələrində Ramazan ayı ərzində ənənəvi olaraq imkansız vətəndaşlar üçün iftar süfrələri təşkil olunub,onlara müxtəlif yardımlar göstərilib. Rayonun Badamdar, Bibiheybət qəsəbələrində, 20-ci yaşayış sahəsində, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən bu kimi tədbirlərdə yüzlərlə vətəndaş iştirak edib.

Rayonda keçirilən növbəti tədbir Mübarək Ramazan bayramı ərəfəsində Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin Səbail rayon şöbəsində bayram  mərasimi təşkil olunub. Mərasimdə Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon Təşkilatının, Qızıl Aypara, həmçinin rayondakı digər cəmiyyətlərinin rayon şöbələrinin üzvləri iştirak edib. Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev bayram tədbirində iştirak edənləri  salamlayaraq onları mübarək Ramazan ayı münasibəti ilə rayon İcra Hakimiyyətinin başçısı Asif əsgərovun. Eyni zamanda RİH adından  təbrik edib. Qeyd olunub ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Səbail rayonunda bu ayda bir çox yerlərdə iftar süfrələri açılıb ki, bu da ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. 

Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoydu müdrik siyasət nəticəsində mümkün olduğu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyi vurğulanıb. Yavər Allahverdiyev respublikada və Səbail rayonunda gedən sürətli sosial-iqtisadi inkişafdan danışıb, ramazanla bağlı rayonda keçirilən  tədbirlər barədə məlumat verib, bu ayda təşkil olunan tədbirlərin cəmiyyətimizin vahidliyinin, ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi  qiymətləndirərək sakinləri Mübarək Ramazan bayramı münasibəti ilə təbrik edib. Tədbirdə çıxış edən  ictimai birliklərin, Veteran və Ağsaqqallar Şuralarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri  müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu  Ramazan ayında  göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən əziz bayram münasibəti ilə   hazırlanmış ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil,   məcburi köçkün ailələrinə, tənha, kimsəsiz  və s. aztəminatlı ailələrin üzvlərinə, həmçinin rayonun təsərrüfat xidmətlərinin texniki işçiləri də daxil olmaqla -  ümumilikdə 1000-dən çox ailəyə təqdim olunub, bayram münasibəti ilə iki gün ərzində mkansızlara 500 paya qədər qurban əti də paylanılıb. 

Kənan



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az