“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı

“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
"Sədərək" Ticarət Mərkəzində çalışan taksilərin bazara girişi bu gündən etibarən 3 manata qaldırılıb.

Miq.az  xəbər verir ki, bu barədə axar.az-a "Sədərək" TM-də taksi xidməti göstərənlər məlumat veriblər. Taksi sürücülərinin sözlərinə görə, artıq bazara giriş edən bütün taksilərdən 3 manat yığmağa başlanıb. Tələb edilən pulu ödəməyənlərin isə bazara girişinə icazə verilmir.
Sürücülər bildirib ki, onlardan pulu tələb edənlər ticarət mərkəzinin mühafizəçiləridir:
"Yanlarında mülki geyimdə bir şəxs də var. Göstərişi o verir. Mühafizəçilər isə pulu tələb edir. Səhər açılandan 3 nəfər şəxs sürücülərdən pul yığır".

Taksi sürücülərinin sözlərin görə, qiymət artımına etiraz edən bütün sürücülər ticarət mərkəzinin qarşısına yığılıb. Pulu ödəməkdən imtina edən sürücülərə hədə-qorxu gəlir, bəzilərinin avtomobilindən "taksi" işarəsini zorla alırlar.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az