Sədr: Ermənilər bu əraziləri vəhşicəsinə talan edir - Foto

Sədr: Ermənilər bu əraziləri vəhşicəsinə talan edir - Foto

Son illər Azərbaycanın işğal olunmuş ərazilərində meşələrin 5 faizinə qədəri ermənilər tərəfindən qırılıb.

Report xəbər verir ki, bu barədə "Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar" adlı hesabatın təqdimatında Azərkosmos ASC-nin sədri Rəşad İbadov bildirib.

"Peyklərimiz vasitəsilə gördüyümüz işlərə görə, ermənilərin işğal etdikləri Azərbaycan ərazilərini vəhşicəsinə istismar edib dağıtdıqlarını əminliklə deyə bilərik. Yalnız son bir neçə ildə işğal olunmuş ərazilərdəki meşələrin 5 faizə qədəri məhv edilib”, - deyən "Azərkosmos” rəhbəri çəkilən şəkillərdə Laçın və bəzi başqa rayonlarda tikilən yeni qəsəbələr, bütün işğal olunan ərazi böyu dağıntı və viranələrin çox aydın göründüyünü diqqətə çatdırıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az