Şəhid ailələri rayonlarda işlə təmin olunmur

Şəhid ailələri rayonlarda işlə təmin olunmur
Şəhid ailələri və qazilərin işlə təmin olunması məsələsi həll edilməlidir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qənirə Paşayeva deyib.

O qeyd edib ki, şəhid və qazi ailələri rayonlarda işlə təmin olunmur:

"Bu məsələ niyə həllini tapmır? Bu, ciddi araşdırılmalıdır. Eyni zamanda müharibə iştirakçılarının müalicəsi ilə bağlı ciddi addımlar atılmalıdır.

Şəhid ailələrinin ev məsələsi də bu gün ən aktual məsələ kimi gündəmdədir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az