Şəhid olan əsgərimiz gələn ay tərxis olunacaqdı

Şəhid olan əsgərimiz gələn ay tərxis olunacaqdı

Xəbər verdiyimiz kimi, bu gecə Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Miq.Az xəbər verir ki, 2002-ci il təvəllüdlü şəhidimiz Asif Əliyev əslən Siyəzən rayonunun Zarat kəndindəndir. O, subay olub.  

A.Əliyev ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış. Şəhidin bir bacısı var.

O, Prezidentin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az