Şəhid olan əsgərimiz Neftçalada dəfn ediləcək

Şəhid olan əsgərimiz Neftçalada dəfn ediləcək
 Azərbaycanın şəhid olan əsgəri Neftçala rayonunda dəfn ediləcək.

"Report"un Aran bürosunun məlumatına görə, dəfn mərasimi rayonun Bankə qəsəbəsində keçiriləcək. 
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan Azərbaycan Ordusunun əsgəri Mənəfov İbrahim Möhsüm oğlu 1995-ci ildə bu qəsəbədə doğulub.
İ.Mənəfov ali təhsilli olub. O,  2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və düşmənlə üz-üzə yerləşən bölmələrdə xidmət edib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az