Şəhidimiz dəfn edildi - Fotolar

Şəhidimiz dəfn edildi - Fotolar

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu dəfn edilib.

Report xəbər verir ki, şəhid rayonun Qıraq Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində ailə üzvləri ilə yanaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Ağstafa Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhidin məzarı üzərində yaylım atəşi açılıb.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az