Şəhidimiz və atası dəfn edildi

Şəhidimiz və atası dəfn edildi

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Vadim Qocayev və onun atası Alik Qocayev dəfn edilib.

Miq.Az xəbər verir ki, hər iki şəxs Qobustan rayonunun Sündü kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu V.Qocayevin atası A.Qocayev ürəktutmadan dünyasını dəyişib.

Belə ki, V.Qocayevin nəşini gətirmək üçün Gəncəyə yollanan A.Qocayev oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.

Allah rəhmət eləsin!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az