Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, Şəkinin Fazıl kəndində yerləşən “Əbədi sükut dünyası” labirintinin ətrafında yerləşən həyətyanı sahələrindən təsərrüfat işləri zamanı müəyyən tapıntılar üzə çıxıb. Aşkar olunan yeni qəbir abidəsində uşağın dəfn olunduğu küp qəbir e.ə II - eramızın I əsrlərinə aiddir.
Hazırda ərazidə qazıntı işləri davam etdirilir. Lakin artıq küpün ətrafında basdırılmış müxtəlif məişət avadanlıqları, heyvan sümükləri üzə çıxıb. Arxeoloqların sözlərinə görə, məişət avadanlıqları o dövrdə insanlarda sağa meyilliliyin yüksək olmasını göstərir. Belə ki, qablarda olan qulp hissələr yalnız sağ əllə götürmək üçündür. Digər sakinin həyətyanı sahəsindən isə qədim məbəd sütunu aşkar edilib. Tapılan sütun bloku 7 güşəli ulduzu xatırladır. Təqribən 70 sm uzunluğunda olan bu tapıntı əhəngdaşından düzəldilib. Sütunda hər iki başdan müəyyən məsafədə olan dəliklər qurğuşun və əhəng tökülməklə digər hissələrə birləşdirilməsi üçün nəzərdə tutulub. Məbəd qalıqlarının alban dövrünə və ya daha əvvəlki, hətta atəşpərəstlik dövrünə aid olduğu güman edilir. Təpəbaşı abidəsinin yerləşdiyi ərazinin əhalinin inanc yeri olduğunu “Əbədi sükut dünyası” labirintində tapılan ana və ata bütləri də sübut edir. Digər tərəfdən Fazıl kəndinin adının “müqəddəslər və onların olduğu yer” mənasını daşıdığı deyilir.
MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
Müəllimlərə PİS XƏBƏR - AÇIQLAMA
Deputatdan “Azəristiliktəchizat"a etiraz: "Qonşusunun istiliyin pulunu ödəməməsi bina sakinlərinin günahı deyil"
Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”