Seldə həlak olanlardan biri sabiq deputatın bacısı oğludur

Seldə həlak olanlardan biri sabiq deputatın bacısı oğludur

Xəbər verdiyimiz kimi, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində daşması nəticəsində 2 nəfər həlak olub.
Miq.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, dünyasını dəyişən şəxslərdən 59 yaşlı Nurməmməd Qəhrəman oğlu Məmmədov Şirvan şəhər Bayramlı qəsəbə sakinidir. O, Milli Məclisin 6-cı çağırış deputatı İltizam Yusifovun bacısı oğludur.
Mərhum bu gün dəfn edilib.
Qeyd edək ki, İ.Yusifov uzun illər neftçıxarma sənayesində çalışıb. N.Məmmədov da "Siyəzən Oil” neft şirkətinin əməkdaşı olub. Onunla birlikdə iş yoldaşı, Salyan rayon sakini 63 yaşlı Etibar Hafiz oğlu Nağıyev dünən işə gedərkən selə düşərək vəfat ediblər.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az