Сəlilabadda saçyoldu

Сəlilabadda saçyoldu

(Bu dəfə valideyinlər müəllimlərə biclik gəlir)

Təhsildə illərdir davam edən rüşvət qarşısında aciz qalan valideyinlər deyəsən bu heyfi çıxmaq imkanları qazanıblar. Özü də ölkə üzrə təhsilin sonuncu pilləsində gedən rayonun əhalisi bununla həm də illərin acığını şıxmış olurlar.

Məsələ ondadır ki, ibtidai müəllimlər üçün məktəblərdə ciddi sinif çatışmazlığı yaranıb. Bu problem son illərdə özünü bariz göstərir.  Belə olan halda məktəb direktorlarına yaxın müəllimlər onların  himayəsi ilə evlərdən məktəb yaşlı uşaqların sənədlərini toplayırlar. Müəyyən sayda sənəd topladıqdan sonra bunlar direktorlara təhvil verilir və artıq həmin müəllimin sinifi yaradılmış sayılır. Qeyd edək ki, bu işlə  ilk növbədə əsasən direktorlara və ya təhsil şöbəsinin rəhbəri Ədalət Əsgərova yaxın müəllimlər  məşğul olmaq icazəsinə malikdirlər. Yəni, dərs ilinin əvvəlində məlum olur ki, direktorun himayəsində olan hətta ən savadsız müəllimin sinifi var, amma 10 illik təcürbəsi, nüfuzu olan müəllimə “sinif” yoxdur. Ondan ki, valideyinlər hələ 4 ay əvvəldən uşağın sənədini başqa müəllimə “etibar” ediblər. Son illərin ağır sosial-iqtisadi vəziyyəti, rayondan gənc ailələrin paytaxta köçü məktəblərdə əməlli-başlı şagird qıtlığı yaradıb.  Belədə isə artıq hər bir məktəb yaşına çatmış uşağın sənədini əldə etmək uğrunda ibtidai sinif müəllimlərinin  əsil mübarizəsi gedir. Bu yolda pedaqoqlar valideyinlərə şirinlik verməkdən belə metodoloji olaraq istifadə edirlər.

Qapıları gəzməyə məhkum edilmiş müəllim və müəllimələr əlindən bezmiş, üz-üzdən utanar atalar sözündən ilham alaraq qapıya gələnləri boş qaytara bilməyən valideyinlər  isə bu il tam yeni üsulla təhsilimizə töhvə verməyə çalışırlar. Belə ki, qapıya gələn müəllimlərin hər birinə uşağın sənədinin surətini verməklə həm müəllimdən canlarını qurtarırlar həm də şirinlik payına sahib olurlar. 

Yeni dərs ilində isə eyni sənədlərlə sinif sahibi olmaq istəyən müəllimlərin saçyoldusunun əks-sədası yəqin ki, rayondan da kənara, ta korrupsiyaya qarşı mübarizə aparan həşəmətli qrumlara qədər yayılacaq. 

Habil Əliyev 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az