Səlim Müslümov Cavid Qurbanovun qardaşına yüksək vəzifə verdi

Səlim Müslümov Cavid Qurbanovun qardaşına yüksək vəzifə verdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun əmrinə əsasən, İlqar Qəmbər oğlu Qurbanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə rəis təyin olunub.

Vətəninfo.az xəbər verir ki, bu barədə Modern.az saytına ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verilib.

İlqar Qurbanov əmək fəaliyyətinə 1981-ci ildə başlayıb. Həmin vaxtdan etibarən Musa Nağıyev adına 1 saylı klinik xəstəxanada, Təcili Tibbi yardım Klinik Xəstəxanasında, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində, Bakı Sağlamlıq Mərkəzində, Həmkarlar İttifaqı Respublika Komitəsində, habelə ədliyyə sistemində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (2007-2010-cu illərdə Respublika Əlillərin Reabilitasiya Mərkəzində baş həkim müavini) və digər qurumlarda həkim kimi müxtəlif vəzifələrdə işləyib.

İ.Qurbanov 2014-cü ilin yanvarından hazırkı vəzifəsinə qədər ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində çalışıb.

Xatırladaq ki, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Azərbaycan Prezidentinin 16 mart 2015-ci il tarixli Fərmanına əsasən yaradılıb. Xidmətin yaradılmasında məqsəd əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sahəsində idarəetmə mexanizminin çevik və səmərəli təşkilinin təmin olunmasıdır. Yeni xidmət özünün Mərkəzi Aparatından, 38 TSEK-dən, 11 əlillərin bərpa mərkəzindən və Bakı Protez Ortopedik Mərkəzi və onun Gəncə filialından ibarət olacaq.

Qeyd edək ki, İlqar Qurbaniv “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun qardaşıdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az