Şəmsiyyə Bəylərqızı 181 nəfərə "atıb"

Şəmsiyyə Bəylərqızı 181 nəfərə "atıb"

İranın Azərbaycandakı eks səfiri, Əfşar Süleymaninin eks həyat yoldaşı (çünki, cəmiyyətdə belə tanınır. K.) Şəmsiyyə Bəylərqızı artıq bir aydan artıqdır ki, Milli Təhlükəsizlik Nazirliyinin istintaq Təcridxanasında sorğu-sual edilməkdədir. “Vətəninfo.az”a daxil olan məlumata görə, Ş.Bəylərqızı dələduzluq,adamaldatma, başqasının adından suistifadə və qadınalveri ilə bağlı ittiham olunur. Məlumata görə, hətta Ş.Bəylərqızı bu günə kimi 181 insanı aldadaraq küllü miqdarda vəsait əldə edib ki,bunların sırasında eks-həyat yoldaşı Əfşar Süleymanidə var. Şəmsiyyə Bəylərqızının həbsi ilə bağlı məlumatı ilk olaraq saytımızda yaydıqdan sonra, Süleymani ilə əlaqə saxlasaqda o bu mərhələdə hər hansı bir məlumat verə bilməyəcəyini bildirmişdi. Redaksiyamiza daxil olan son məlumata görə, dindirmə zamanı Ş.Bəylərqızı hüquq-mühafizə orqanlarında çalışan bir sıra şəxslərin adını hallandırmaqla özünü sudan quru çıxarmaq istəyir. Məlumatda deyilir ki, Ş.Bəylərqızı uzun illər etdiyi hərəkətlər, yəni insanları dolandırıb pulunu mənimsəyən zaman müəyyən insanların adından istifadə edib. Hətta həmin aldadılan şəxslər pulların geri istəməyə calışdıqda isə, Ş.Bəylərqızı prokrorluq orqanlarında çalışan şəxslərlə onları qorxudub. Bu insanlarda başları bəlaya dücar olmasın deyə məcburən susublar. Amma maraqlıdır ki, Ş.Bəylərqızının prokrorluq orqanlarında işləyən adamların adının çəksə də, həmin şəxslər ümumiyyətlə Ş.Bəylərqızının tanımırlar. Mənbənin dediyinə görə, hətta Ş.Bəylərqızı prezidetin administrasiyasında müxtəlif vəzifə tutan şəxslərində adından istifadə edib. Həmin adamlar dəfələrlə ona xəbərdarlıq etsələr də, faydası olmayıb. Amma maraqlıdır ki, Ş.Bəylərqızının həbsini eşidəndə “Şükür canımız bir bəladın qurtardl” deyənlər olub. Mənbənin sözlərinə görə, Ş.Bəylərqızına qarşı qaldırılan ittihamdan biri də, qadın alveri ilə bağlıdır və o Ukrayna və Türkiyəyə qadın satmaqda ittiham edilir. Mənbə Ş.Bəylərqızı ilə bağlı maraqlı bir məlumatda verdi və bildirdi ki,həbs olunduğu günə kimi o Şıx çimərliyi yaxınlığında bahalı bir villada yaşayırmış və uşağına 8 dayə qulluq göstərib. Hazırda istintaq altında olan Şəmsiyyə Bəylərqızı ilə bağlı məlumatlar redaksiyamıza daxil olduqca sizləri məlumatlandıracağıq. Bu məlumatlar içərisində bu günə kimi Şəmsiyyə Bəylərqızının kimləri aldadaraq küllü miqdarda pul qoparıb o şəxslərində adlarını açıqlayacağıq.
Bizi izləyin.

Kənan



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az