Separatçı rəhbərlərlə əlaqə itib

Separatçı rəhbərlərlə əlaqə itib
Qarabağda özünü buraxmış separatçı-terrorçu dəstənin keçmiş başçıları Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanla əlaqə itib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərindəki məlumatlarda qeyd edilib.

Bildirilir ki, həmin şəxslərin hazırda harada olduğu bəlli deyil. Onların hələ də Qarabağda olub-olmaması və ya Ermənistana getməsi ilə bağlı rəsmi mənbələr susur.

Nə Azərbaycan, nə də Ermənistan rəsmiləri hələ ki separatçıların keçmiş rəhbərləri barədə məsələyə raeaksiya verib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az