Separatçı rejim Volterin müraciətinə rədd cavabı verib

Separatçı rejim Volterin  müraciətinə rədd cavabı verib
AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Volterin Dağlıq Qarabağa səfər etmək barədə müraciətinə Azərbaycan ərazilərini işğal altında saxlayan separatçı rejim tərəfindən mənfi cavab verilib.

Vətəninfo.az-ın APA-ya istinadla  məlumatına görə, bu barədə özünü Dağlıq Qarabağdakı separatçı rejimin "xarici işlər nazirinin müavini" adlandıran Armine Aleksanyan "Azadlıq” radiosuna müsahibəsində deyib.

 Onun sözlərinə görə, R.Volter bu il sentyabrın 22-də onlara məktubla müraciət edərək, hesabat hazırlamaq üçün Qarabağa səfər etməsinə şərait yaradılmasını istəyib. Lakin müraciət qəbul olunmayıb.

 Separatçı rejimin nümayəndəsi əsasən hesabatın "Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlandırılmasına etiraz etdiklərini deyərək, bu adın münaqişənin yalnız tək tərəfin mövqeyini ifadə etdiyini bildirib.

 Xatırladaq ki, R. Volter  "Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlı hesabat hazırlamaq üçün sentyabrın 15-də Azərbaycan tərəfdən Dağlıq Qarabağa - təmas xəttinə fakt-araşdırıcı səfər edib.

 Onun yaxın vaxtlarda təmas xəttinin digər tərəfinə səfər edəcəyi bildirilirdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az