Sərhədə ordu toplanması və müharibə hazırlığı... - Asryan

 Sərhədə ordu toplanması və müharibə hazırlığı... - Asryan
Hazırda Sünikdə (Zəngəzur – red.) vəziyyət sabitdir, heç bir gərginlik və toplanış yoxdur.

Miq.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan Zəngəzur istiqamətində hərbi aktivlik müşahidə olunması haqda İrəvanda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O, sərhədə ordu toplanması və müharibə hazırlığı ilə bağlı iddiaların doğru olmadığını bildirib:

"Təmas xəttində həm bizim, həm də Azərbaycan ordusunun mövqeləri var. Qarşı tərəfin təxminən 20 mövqeyi varsa, deməli, bizim də o qədər mövqemiz var. Lakin dəqiq rəqəmi açıqlamayacağam. Əgər ordumuzun sərhəddəki fəaliyyətinə şübhə edən varsa, özü gəlib baxa bilər”, – Asryan qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az