Serj Sarqisyanın tacir siması-Yad "gücü" yad atı kimidi

Serj Sarqisyanın tacir siması-Yad

"Səhnə arxasında baş verənlər səhnə önündə gördüklərimizdən daha ciddidi! Bu gün Ermənistan iqtidarı işğal olunmuş torpaqlarımızda zaman-zaman sərgilədiyi əxlaqsızlığı artıq beynəlxalq tribunalara daşımaqda, bütün dünyaya nümayiş etdirməkdədi! Başa düşürük: İkili standartlar, fərqli yanaşmalar Serj Sarqisyanın siyasi avantürası üçün münbit şərait yaradır! Bu gün o, mikrofon önündə prezidentdən çox, öz siyasi karyerasını qorumağa, çapıb-taladığı milyonları əlində saxlamağa çalışan tacir simasında dayanır!.." 

O üzdən bütün bunlar dinc erməni əhalisinin gələcəyə ümidlə baxmasından ötrü ciddi ipucu, tutarlı əsas rolunu oynaya bilməz! Dekarativ səhnə tərtibatı, süni qalibiyyət "təntənəsi", yalançı inadkarlıq, rişəsiz torpaq "sevgisi" nə vaxtsa mütləq öz həqiqi cildinə qayıdacaq! Erməni gənclərinin orduda, xüsusilə işğal olunmuş torpaqlarımızda xidmətdən kütləvi şəkildə yayınması, yerli əsgərlərlə gəlmə əsgərlər arasında baş verən ideoloji qarşıdurmalar, bir sözlə, münasibətlər sistemində xüsusilə mənəvi-psixoloji spektrdə müşahidə olunan ciddi çatlar sadə erməni əhalisini öz övladlarını hərbi xidmətdən yayındırmağa vadar edir. Yəni prosesin ilkin mərhələsi hər gün artan dinamikası ilə diqqəti çəkməkdə, dinc erməni vətəndaşlarını uçuruma yuvarlamaqdadı!!!
Bəli, bu gün Ermənistan bütün dünyada beynəlxalq siyasi avantüranın ən ideal nümayəndəsi kimi çıxış edir. Onun sığındığı, kürək söykədiyi, dəstək aldığı, ümid bağladığı güclər var! Lakin yad "gücü" yad atı kimidi! Bir gün səni öz belindən mütləq yerə çırpacaq! Bütün bunların qarşılığında mənim xalqımın sığındığı, kürək söykədiyi, ümid bağladığı həqiqi bir ünvan var: AZƏRBAYCAN ORDUSU!
MİLYONLARIN ƏSL SEVGİ ÜNVANI!!!

(Yazı hərbi jurnalist İbrahim Rüstəmovun feysbuk statusundan götürülüb)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az