Sərkisyandan Köçəryanı məyus edən qərar - Kritik gəlişmə

Sərkisyandan Köçəryanı məyus edən qərar - Kritik gəlişmə

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan ən yaxın ətrafına bildirib ki, erkən parlament seçkiləri zamanı ikinci prezident Robert Köçəryanı dəstəkləmək niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Joxovurd” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, Sərkisyan "Vətən” partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyana dəstək olmaq istəyir: "Serj Sərkisyan Ermənistanın keçmiş liderlərinin son iclasında Robert Köçəryana seçki kampaniyası dövründə dəstəkləməyəcəyini açıq şəkildə bildirib”.

Qəzet yazır ki, bu məlumatlar Respublikaçı Partiyasının sıralarındakı parçalanmadan və respublikaçıların planlarını açıq şəkildə müzakirə etməyən Serj Sərkisyandan olan narazılığından xəbər verir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az