Səudiyyə Qətərin qarşısına 10 şərt qoydu

Səudiyyə Qətərin qarşısına 10 şərt qoydu
Səudiyyə Ərəbistanı münasibətlərin normallaşdırılması üçün Qətərin qarşısına 10 şərt qoyub və bu şərtlərin icrasına iyunun 6-sı axşam saatlarından başlayaraq 24 saat vaxt verib.

APA-nın xəbərinə görə, şərtlərin sırasında İranla diplomatik əlaqələrin dərhal kəsilməsi, "Müsəlman qardaşlar” və HƏMAS hərəkatlarının üzvlərinin ölkədən çıxarılması, onların bank hesablarının dondurulması və bu qruplaşmalarla heç bir əlaqə qurulmaması yer alıb.

Bundan başqa, Səudiyyə Ərəbistanı Qətərdən "Əl Cəzirə” peyk telekanalının siyasətini və rəhbərliyini dərhal dəyişməyi tələb edib. Ər Riyad tələb edir ki, kanalın yayımı Fars körfəzi ölkələrinin və ərəb dünyasının maraqlarına zidd olmamalıdır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az