Gənc müğənni Elvin Abbasov sözləri və musiqisi Tural Bakuviyə aid olan “Sən gedəndən” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.
Vətəninfo.az xəbər verir ki, E.Abbasov ifa etdiyi mahnıya çəkdirdiyi klipi geniş şəkildə təqdim etməklə yanaşı, ziyafət də təşkil edib. Tədbiri müğənninin əmisi oğlu Kənan Abbasov idarə edib.
Müğənninin prodüseri Humay Muxtarovanın təşkilatçılığı ilə həyat keçirilən tədbirdə sənətçilər Rühəngiz Allahverdiyeva, Zarina Məmmədova, Sənan Əliyev, Nicat Məhərrəmov, Leyla Ramazanlı, Elvin Abdullayev, Sevinc Ağaşirinova, Aytac Vidadiqızı, “Səmum” qrupu, prodüserlər Təranə Səmədova, Sayqa Cahid,
Klipin ssenarisi qarşılıqlı sevgi hissləriylə alovlanan cütlüyün eşq hekayəsindən bəhs edir. Klipdə diqqətçəkən məqam hər iki-müğənni və prodüserin canlandırdıqları aşıq və məşuq obrazlarıdır. Cütülüyün klipdəki obrazları, üstəlik onların həyatdakı səmimi münasibətləri tədbir zamanı jurnalistlərin diqqətini cəlb edib. Verilən suallar da məhz bu mövzuya yönəlmişdi. Amma Elvin və Humay israrla bildirdilər ki, həyatda onlar sadəcə dostdurlar və bir-birilərinə dəstək olurlar.
Onu da qeyd edək ki, klip Humay Muxtarovanın Elvin Abbasova doğum günü hədiyyəsidir. Səbəbkar mayın 17-də Bakı şəhərində doğulub.
Klipin rejissoru, operatoru, montaj və ssenari müəllifi Fuad Tofiqoğlu, işıq tərtiibatçısı Novruz Novruzov, qrafika-dizayn müəllifi Əzəmət Səmədov və stilist İntizam Yusiflidir.
Qeyd edək ki, tədbir zamanı yaxın günlərdə Avropa prodüseri Sultan Mustafayevin təşkliatçılığı ilə keçirləcək “Mister & Miss Land of Fire” gözəllik müsabiqəsinin azyaşlı siması və layihə rəhbəri də səbəbkarları təbrik ediblər.
Vətəninfo.az