https://azpost.info/wp-content/uploads/2021/10/seyx-kiril-gorus-300x200.jpg 300w, https://azpost.info/wp-content/uploads/2021/10/seyx-kiril-gorus-768x512.jpg 768w, https://azpost.info/wp-content/uploads/2021/10/seyx-kiril-gorus-1024x683.jpg 1024w, https://azpost.info/wp-content/uploads/2021/10/seyx-kiril-gorus-696x464.jpg 696w, https://azpost.info/wp-content/uploads/2021/10/seyx-kiril-gorus-1068x712.jpg 1068w, https://azpost.info/wp-content/uploads/2021/10/seyx-kiril-gorus-630x420.jpg 630w" sizes="(max-width: 1200px) 100vw, 1200px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; max-width: 100%; height: auto; margin: 0px 5px; display: inline-block;" />
Bütün bu illər ərzində sülh mesajları altında gizlənən erməni kilsəsinin "sülh maskası” 44 günlük müharibə zamanı yırtıldı. Hərbi əməliyyatlar başlandıqdan sonra erməni kilsəsi özünün militarist sifətini açıq göstərməyə başladı. Eçməzdinin həmin günlərdə yaydığı bütün bəyanatlar, çağırışlar yalnız qan tökməyə, sadə erməniləri onlara aid olmayan torpaqlar uğrunda ölməyə səsləyirdi. Hələ üstəlik kilsə öz keşişlərinin əlinə silah verərək Dağlıq Qarabağa, cəbhə xəttinə göndərirdi.
Həmin günlərdə erməni Apostol Kilsəsinin rəhbəri, katolikos 2-ci Qaregin erməni xalqına müraciətində bəyan etdi ki, Qarabağ heç bir statusda Azərbaycanın tərkibində ola bilməz. Katolikos daha da irəli gedərək xalqı uşaqan böyüyə qədər ölüm-dirim mübarizəsinə səslədi.
Amma Azərbaycan tarixi ərazilərini işğaldan azad etdi, düşməni darmadağın elədi.
Bununla da regionun yeni mənzərəsi yarandı.
Moskvanın Danil monastırında bu dəfəki görüş tamam fərqli vəziyyətdə və şərtlər daxilində keçirildi. Azərbaycan 44 günlük müharibənin qalib dövləti olaraq regionda yeni siyasi reallıq yaradaraq masa üzərinə yeni şərtlərini qoymuşdu.
"Üçtərəfli görüş isə mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki ilk dəfə qalib tərəf kimi görüşdə iştirak edirdim. Qarşı tərəfin gözlərindəki məyusluğu hiss edirdim. Bu bizim Qələbəmizin nəticəsi idi”-deyə Şeyxülislam Allahşükür Paşazadə Moskvada keçirilmiş görüşü barədə danışarkən deyib.
Üçtərəfli görüşdə bir çox məsələ müzakirə olunub. Qaregin "köhnə əyyam”ın ovqatını yaratmaq istəsə də buna nail ola bilməyib.
Qarabağda yaşayan ermənilərin dini ibadətlərinə şərait yaradılması ilə bağlı təklif QMİ sədrinin birmənalı mövqeyi ilə qarşılaşıb: Şeyx bəyan edib ki, Azərbaycanda bütün dinlərin nümayəndələrinə ibadətləri üçün bütün şərait yaradılıb.
Qaregin QMİ sədrinin Üçtərəfli Bəyanatın imzalanmasından sonra Xankəndiyə nə üçün getməsi ilə bağlı sualını cavablandıra bilməyib.
Erməni dini rəhbərinin "hərbi əsirlər” məsələsinə QMİ sədrinin cavabı qəti olub: Azərbaycanda heç bir erməni hərbi əsir yoxdur. Görüşdə katolikos "siyasət oyunu” yapmağa çalışaraq "Qarabağın statusu” məsələsini qaldırmağa cəhd edib. A.Paşazadə cavabında bəyan edib ki, Azərbaycan Prezidenti bu məsələyə öz münasibətini bildirib, heç bir status olmayacaq.
https://azpost.info/wp-content/uploads/2021/10/seyx-qaregin01-300x200.jpg 300w, https://azpost.info/wp-content/uploads/2021/10/seyx-qaregin01-768x512.jpg 768w, https://azpost.info/wp-content/uploads/2021/10/seyx-qaregin01-1024x683.jpg 1024w, https://azpost.info/wp-content/uploads/2021/10/seyx-qaregin01-696x464.jpg 696w, https://azpost.info/wp-content/uploads/2021/10/seyx-qaregin01-1068x712.jpg 1068w, https://azpost.info/wp-content/uploads/2021/10/seyx-qaregin01-630x420.jpg 630w" sizes="(max-width: 1200px) 100vw, 1200px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; max-width: 100%; height: auto; margin: 0px 5px; display: inline-block;" />
Üçtərəfli görüşün yekunları ilə bağlı birgə bəyanat bir sıra məqamlar öz əksini tapıb. Patriarx Kirill tərəfindən səsləndirilən Bəyanatda qeyd olunurdu ki, Azərbaycan və Ermənistan xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur. Dini liderlər Azərbaycan və Ermənistan xalqlarını indiki və gələcək nəsillərin rifahı, çiçəklənməsi naminə barışdırmaq üçün kömək etməyə hazırdır.
Göründüyü kimi Azərbaycan və Ermənistan din xadimlərinin görüşündə katolikos Qaregin Azərbaycanın haqlı tələbləri qarşısında susmağa üstünlük verib və Qarabağda məğlubiyyətlə barışmağa məcbur olub.
Bu görüşlər onu göstərir ki, erməni kilsəsi QMİ-dən fərqli olaraq artıq regionun təhlükəsizliyində "açar” funksiyasını daşıya bilmir, lokaldır və proseslərin arxasınca sürünür.
QMİ rəhbəri isə regionun dini camesindəki nufuzuna və əlaqələrinə erməni Apostol kilsəsinin başçısı kimi dar maraqlarının təminatı kimi deyil, beynəlxalq sülhün təmin olunmasında bir vasitə kimi baxır.
Bu baxımdan Cənubi Qafqazda sülhün və sabitiliyin təmin olunmasında, dialoq çağırışlarının ardıcıllığında Qafqaz Müsəlmanları İdarəsinin məsul rolu bir daha üzə çıxır.
Təsadüfi deyildi ki, Moskvada bu görüşdən sonra Şeyxülislamın Rusiyada yaşayan azərbaycanlılarla bir araya gəlməsi cəmiyyətin vahidliyinin təcəssümü baxımından diqqətçəkən idi. Görüşdə rus siyasətçilərinin və dini icma rəhbərlərinin iştirakı ilə Qarabağ müharibəsində Azərbaycanın qələbəsinə xeyir-dua verilməsi ölkəmizin formalaşdırdığı yeni siyasi reallığının qəbul olunması kimi baxıla bilər.
Moskva görüşü müharibədən sonra din xadimlərinin ilk təması idi. Bakı bu görüşlə humanizm prinsiplərinə sadiq qaldığını və bölgədə sülhün əsas təminatçısı olduğunu bir daha nümayiş etdirdi. Bu həm də erməni kilsəsi üçün yeni dövrün prioritetlərini anlamaq üçün fürsət sayıla bilər.
Aydın ABBASOV