Şimali Koreyada internet kəsilib

Şimali Koreyada internet kəsilib

Ötən gün Şimali Koreyada internet kəsilib. ANS PRESS-in məlumatına görə, axşam saatlarıda internet düz 9 saat 31 dəqiqə olmayıb.

Hadisədən sonra "Lizard Squad” adlı tanınmış haker qrupu internetin onlar tərəfindnə kəsildiyini bildiriblər.

Qeyd edək ki, Şimali Koreyanın internet “China Unicorn” adlı Çin şirkəti tərəfindnə təmin olunur. Ölkədə 1024 internet İP-si fəaliyyət göstərir. Bağlantı zamanı bütün İP-lər həminşirkət tərəfindən vahid kodla idarə olunur. Bu o deməkdir ki, əgər “China Unicorn” şirkəti mütəxəssisləri istərlərsə, bir düyməni basmaqla Şimali Koreyanın internetini bağlaya bilərlər.

Şimali Koreya mütəxəssisləri isə dünənki hadisənin ABŞ-ın Sony şirkətinin hakerləri tərəfindnə törədildiyindən şübhələndiklərini bildirmişdilər. ABŞ prezidenti Barak Obama isə məsələyə münasibət bildirməkdən imtina etmişdi. O, şübhələrin təsdiqləndikdən sonra açıqlama verə biləcəyini bildirmişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az