Sinan Oğan Ərdoğanla birgə Bakıya niyə gəlir? - Ona hansı missiya veriləcək...

Sinan Oğan Ərdoğanla birgə Bakıya niyə gəlir? - Ona hansı missiya veriləcək...

Ərdoğanın Azərbaycana səfərində Sinan Oğan da yanında olacaq və nümayəndə heyətlərinin görüşlərinə qatılacağı gözlənilir.

Miq.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, Oğanın II tur seçimində Azərbaycan amilinin də təsirli olduğu və Bakıya gəlişinin də bununla bağlılığı versiyası mümkündür:

"Lakin onun mövqeyinə, xüsusilə türk dünyasına yanaşmasına baxdıqda seçimi gözlənilən idi. Bu baxımdan, Ərdoğanın seçkidən sonra Azərbaycana ilk səfərində Oğanın nümayəndə heyətində təmsil olunması qarşıdakı planlarla bağlı ola bilər: mümkündür ki, Əliyevlə Ərdoğanın müzakirələrindən biri də türk dünyasının dərin interqasiyası ilə bağlı olacaq və Sinan Oğana perspektivdə bu prosesin aktiv təmsilçisi missiyası verilə bilər".

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az