Şirin birini öldürdü, - Ikinci şir isə onu... - DƏHŞƏTLİ VİDEO
İzləyənləri dəhşətə gətirən bu görüntülər Cənubi Afrika Respublikasında lentə alınıb.
Qadın ovçunun başı öldürdükləri şirə, onun yoldaşının başı isə fotoaparata qarışıb. Sakitcə cütlüyə yaxınlaşan şiri görəndə turist qadın qışqıraraq canını qurtarmağa çalışıb. Yırtıcının onların arxasınca qaçaraq maşının üzərinə tullandığı görüntülərdə əksini tapır. Bundan sonra kimin ölüb, kimin qaldığı məlum deyil.
Görüntüləri sosial şəbəkəyə yerləşdirən amerikalı turist, onu cənubi afrikalı ovçulardan əldə etdiyini irəli sürüb və şirlərin ovlanmasının qarşısını almaq tələbi ilə dünyaya müraciət edib. Ancaq mediada da rezonans yaradan bu görüntülər tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları kadrların əhliləşdirilmiş yırtıcılarla səhnələşdirildiyini, bəziləri ümumiyyətlə montaj edildiyini düşünür.
Miq.az atv.az-a istinadən sözügedən videonu təqdim edir:
Miq.az