Siyavuş Novruzov: Ünvanlı sosial yardımları daim vermək olmaz

Siyavuş Novruzov: Ünvanlı sosial yardımları daim vermək olmaz


Ünvanlı sosial yardımları daim vermək olmaz. 1 il verilir, sonra gərək həmin adamlar işləsin.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, adamları ələbaxımlı öyrədə bilmərik: "Bu vəsait yarım milyarda gəlib çatıb. Bu gün ÜDY-ə ehtiyacı olanlara bu pul verilməlidir. Ehtiyacı olmayanlara bu pul verilməməlidir, bu sahədə islahatlar getməlidir”. (APA)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az