Siyavuş Novruzovdan SMS icazəsi ilə bağlı SƏRT ÇIXIŞ: Prezident kəskin şəkildə bildirdi ki...

Siyavuş Novruzovdan SMS icazəsi ilə bağlı SƏRT ÇIXIŞ: Prezident kəskin şəkildə bildirdi ki...

"Prezident koronavirusla bağlı məsələni kəskin qaldırdı. Bildirdi ki, tələblərə əməl edilməlidir. Birinci Vitse-prezident də xalqa müraciət etdi ki, tələblərə əməl edilsin, çünki bu hər bir kəsin təhlükəsizliyi, sağlamlıq məsələsidir".

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov səsləndirib.

O, bəzi məqamlara toxunmaq istədiyini açıqlayıb: "Hazırda İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Kütləvi informasiya vasitələri haqqında” qanun layihələri müzakirə edilir. Qeyd edim ki, bu çərçivədə Azərbaycana xaricdə oturan və daxildə olan qarayaxma kampaniyası aparırlar. Qeyd edirər ki, SMS icazələrin alınması mexanizmi ona görədir ki, müxalifətçiləri izləsinlər. Dünyada, Avropada elektron hökumət, elektron imza var layihələri tətbiq edilir, elektron formada alqı-satqı aparırlar. Nə dərəcədə aşağı səviyyəli olmalısan ki, vətəndaşlar çarasında belə çaşqınlıq yaradasan. Gün ərzində 1 milyon sms müraciəti edilir. Bunların 10-15 nəfər adamı var. O da, digər partiyalardan qovulan, Milli Məclisə seçilməyən şəxslərdir. Qeyd edim ki, Gürcüstanda sms icazəni pozanlar min lari cərimnə edilir. Demokratiyanın çiçəklər açdığı dedikləri ölkədir. Amma buna baxmayaraq, burada belə çaşdırıcı məlumatlar yayırlar. Hesab edirəm ki, yalan informasiyaya görə, məsuliyyətin ağırlaşdırılması olmalıdır. Məlumatın mənbəyi yoxdursa, cəmiyyəti çaşdırmağa xidmət edirsə və qərəzli şəkildə dövlət əleyhinə xidmət edirsə”.

Siyavuş Novruzov daha sonra əlavə edib ki, son günlər Cəmil Həsənli özünün feysbuk səhifəsində bir neçə yazı ilə çıxış edib: "Bu yazıları arxivlərin açılması ilə bağlıdır. Xatırladım ki, AXC hakimiyyəti zamanı hamı məsələ qaldırdı ki, DTK-nın arxivləri açılsın. Elçibəy özü dedi ki, açılsa, vətəndaş müharibəsi çıxar. Çünki arxivdən elə öz adları çıxacaqdı. Amma qəribədir ki, Cəmil Həsənli 1992-1993-cü illəri deyil, 1994-cü ildən sonrakı dönəm üçün arxivlərin açılması məsələsini qaldırır”.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az