Sökülən hasarların kimə məxsus olduğu bilindi

Sökülən hasarların kimə məxsus olduğu bilindi

Ölkə prezidneti İlham Əliyevin keçirdiyi son müşavirədə mərhum prezident Heydər Əliyev tərəfindən təməli qoyulan "Dostluq" parkı ətrafında qanunsuz villaların tikilməsinə dair bildirdiyi irad əlaqədar qurumları hərəkətə keçməyə vadar edib.

Vətəninfo.az bununla bağlı Strateq.az- saytı məlumat əldə edib. Məlumata görə, dünən gecə saatlarında Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da iştirakı ilə həmin əraziyə yaxın yerdə iki tanınmış şəxsə məxsus hasarlanmış ərazi sökülüb.

Mənbəmizin verdiyi məlumatda bildirilir ki, sökülən hasarlardan biri Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevə, digəri isə Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin sabiq sədri Arif Qaraşova məxsus olub. Məlumata görə, həmin adamların əlində Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilən sərəncam olsa da, buna məhəl qoyulmayıb.  Arif Qaraşova məxsus ərazi bir hektara yaxındır, Kamran Musayevin həyəti isə 12 sot olub".



Həmin ərazidə bir neçə yüksək dövlət vəzifəsi tutan şəxslərə məxsus villa və torpaq sahələrinin olduğu da bizə verilən məlumatlar sırasındadır. Ancaq bəzi dəqiqləşdirmələrə ehtiyac duyulduğundan, hələlik  onların adlarını çəkmirik...

Vətəninfo.az-ın əldə etdiyi məlumata görə isə,  artıq 6-7 ilə yaxın müddətdir ki, ölkə prezidnetinin qərarına əsasən yerli icra orqanlarıda yerli bələdiyyələr kimi vətəndaşlara torpaqların verilməsi ilə bağlı sərəncamlar verə bilmirlər. Sərəncamları isə yalnız və yalnız Bakı Şəhər İcra Hakimiyyəti verə bilir. Yəni doğurdan da qeyd olunan ərazilərdə tikinti işləri üçün torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam vardırsa, o zaman həmin sərəncamların verilməsi tarixinə də baxılmalıdır. Yəni sərəncamı imzalayan kimlər olub.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az