SOCAR həmcinsi ilə ailə həyatı quran qızın atası ilə bağlı məlumat yayıb.
SOCAR-dan Axar.az-a verilən məlumata görə, şirkətdə Kamal Eynullayev adlı şəxs işləmir.
Şirkətin yaydığı məlumatda deyilir:
“Bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatla əlaqədar bildiririk ki, SOCAR-ın strukturuna daxil olan müəssisələrdə Kamal Eynullayev və yaxud Kamal Eynulla adında bir şəxs işləmir”.
Qeyd edək ki, Nyu York Tayms-ın yaydığı məlumata görə, SOCAR-ın müfəttişi olduğu deyilən Kamal Eynullayevin qızlarından biri - Elnarə Eynullayeva dünən Amerikanın Massaçusets ştatının Biotexnologiya şurasının maliyyə və administrasiya üzrə vitse-prezidentinin qızı Rozali Hyus Fazio ilə nikaha daxil olub.
Rozali Feysbukda ötən ilin iyununda nişanlanması ilə bağlı xəbər də paylaşıb. O, Elnarə ilə fotolarını paylaşaraq belə yazıb: “Hey uşaqlar, mən qadınla evlənməyə hazırlaşıram! Həyatımı və bu qadını sevirəm!”
***

SOCAR-ın əməkdaşının qızı ABŞ-da vitse-prezident qızına ərə getdi
SOCAR-ın müfəttişi Kamal Eynullayevin qızı Elnarə Eynullayeva ABŞ senatorunun müşavirinə ərə gedib. İlk baxışda bu nikahda qeyri-adi heç bir şey yoxdur, nəzərə almasaq ki, o, eynicinsli nikahdır.
Toy bu gün Massaçusets ştatının Kuinsi şəhərində baş tutub. Elnarə Eynullayeva və Rozali Hyuz Fatsionun təntənəli nikah mərasimində şahid qismində Massaçusets ştatından senator Maykl C. Barret iştirak edib. Bu toy bir çox amerikalı jurnalistlərin diqqətini cəlb edib. Hətta nüfuzlu “The New York Times” da hadisə barədə yazıb.
Rozali Fatsionun 32 yaşı var və o, senator Barretin hüquq müşaviridir. Onun atası İosif Fatsio Kembric universitetinin idarələrindən birində vitse-prezidentdir. Elnarəyə gəldikdə isə, onun 28 yaşı var, Trinitiy Partners-də səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis işləyir. O, Massaçusets universitetini əla qiymətlərlə bitirib və Konnektikut ştatında magistr dərəcəsi alıb.
Elnarə Eynullayeva Bakıda Kamal və Tünzalə Eynullayevaların ailəsində dünyaya göz açıb. Tünzalə Eynullayeva hazırda Massaçusetsdə yaşayır və dəri materiallara qulluq üzrə “Dilaura Natuarls” adlı kiçik şirkət açıb.
Elnarənin atası Kamal Eynullayev isə SOCAR-da müfəttiş işləyir.
Bu, Elnarənin ilk nikahı deyil. Birinci nikahı boşanma ilə başa çatıb.
Oxu.az