Soçidə Putin və Ərdoğanın təkbətək görüşü 3 saat davam edib

Soçidə Putin və Ərdoğanın təkbətək görüşü 3 saat davam edib

Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.

Soçidə şəhərindəki "Boçarev Ruçey” iqamətgahında keçirilən Rusiya və Türkiyə liderlərinin təkbətək görüşü təxminən 3 saat davam edib.

V. Putin Ərdoğanla vidalaşarkən koronavirusa görə özünütəcrid rejiminə keçməsindən danışıb.

O bildirib ki, ətrafındakı insanlar təkrar vaksinasiya olmadıqları üçün yoluxublar. Ərdoğan Putindən vaksin olunandan sonra antitel göstəricilərinin sayını soruşub. Putin dəqiq xatırlamasa da, antitel göstəricisini 16 olduğunu söyləyib. Ərdoğan isə bu göstəricinin çox aşağı olduğunu söylədikdə isə Putin antitel göstəricisinin Rusiyada fərqli hesablandığını bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az