Dünya siyasət arenasında 1 fevral islam inqilabı ilə xarici siyasətini kökündən dəyişən İran hökuməti tam anlamıyla bir Amerika heyranı çıxdı.
Vətəninfo.az xəbər verir ki, İnqilabdan sonrakı İran prezidentləri birmənalı olaraq ABŞ və İsraili düşmən elan etsələr də , 2013-cü ildən sonra rüzigar istiqamətini dəyişməyə başladı.
Glazqou Universiteti hüquq fakultəsinin məzunu Həsən Ruhani İranın 7-ci prezidenti seçildi. Amma İran hakimiyyətində dəyişiklik bununla bitmədi. Ruhani hakimiyyətə gəldikdən sonra hökumətə Qərb və Avropada təhsil almış şəxslər gətirildi.
Səudiyyə Ərəbistanında bir qəzetin ortaya atdığı bu iddiya gündəmə bomba kimi düşdü. İddiaya görə, Həsən Ruhaninin nazirlərinin çoxu düşmən hesab etdikləri Amerikada təhsil alıb.
Amerikada təhsil alan nazirlər:
Cevat Zarif - xarici işlər naziri: San Fransisko Universiteti və Denver Universitetində beynəlxaql münasibətlər üzrə magistr və doktorantura təhsili alıb.
Muhammed Ali Necefi - təhsil naziri: Masaçusetts Texnologiya İnstitutunda təhsil alıb.
Mahmut Vaezi – İnformasiya və kommunikasiya texnologiyaları naziri: Sakremento Universiteti, San Joze Universitetində elektrik mühəndisliyi, Luziana Dövlət Universitetində isə kommunikasiya mühəndisliyi üzrə doktoranturanı bitirib.
Muhammed Rıza Nimetzade – Mədən və ticarət naziri: Təhsilini Kaliforniya Politexnik Universitetində alıb.
Ali Ekber Salihi: – Atom enerjisi təçkilatının rəhbəri: Corc Vaşinqton Universitettində mexanika mühəndisliyi təhsli alıb.
Muhammed Nahavandian- Prezident qərargahı idarəsinin rəisi: Corc Vaşinqton Universitettində iqtisadiyyat və siyasət elmi üzrə təhslə yiyələnib.