Solovyov Bakını hədələdi: Türkiyədən reaksiya

Solovyov Bakını hədələdi: Türkiyədən reaksiya
Türkiyə mətbuatı Kremlin təbliğatçısı, faşist çıxışları ilə diqqət çəkən Vladimir Solovyovu Azərbaycanı hədələməkdə ittiham edib.

Bakupost.az xəbər verir ki, "Türkiyə Today” nəşri Solovyovun iyunun 30-da "Vladimir Solovyovla axşam” verilişində səsləndirilən Moskva-Bakı münasibətlərin pisləşməsi ilə bağlı sözlərini "kəskin xəbərdarlıq" adlandırıb.

"Solovyov Rusiya ilə Azərbaycan arasında 300 kilometrlik sərhədi xatırladıb və xəbərdarlıq edib ki, Bakının son hərəkətləri Moskva ilə böyük münaqişə ilə nəticələnə bilər”, - məlumatda deyilib. pizza mizza

Nəşr həmçinin bildirib ki, Solovyov Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə bağlı mümkün hərbi nəticələrə eyham vurub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az