SON DƏQİQƏ: Ərdoğan "Erkən seçim olmayacaq" dedi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə lirənin dollar qarşısında dəyər itirməsi ilə müşayiət olunan prosesə etiraz edənlərin erkən seçki tələblərinə cavab verib.
Turkustan.az xəbər verir ki, Türkiyə Prezidenti bu tələblərə münasibət bildirib:
"Hazırda ana müxalifət belə tələblər səsləndirirlər. Çünki gələcək yerlərinin nə olduğunu çox yaxşı bilirlər. Ona görə də AK Partiya və MHP-nin uğurlarının qarşısını ala bilməyəcəklərini çox gözəl bilirlər. Ümid edirəm ki, AK Partiya olaraq prezidentliyi qazanaraq bu rekordu daha da irəli aparacağıq. Yenidən 2023-cü ilin iyun seçkilərində və "Cumhur İttihaqı" olaraq TBMM-də çoxluğu əldə etməklə...İndi tez-tez səsləndirirlər erkən seçkilər, erkən seçkilər. Erkən seçkilər olmayacaq. Seçki iyun 2023-də".