Speys TV-də qalmaqal: “İkiüzlü...”

Speys TV-də qalmaqal: “İkiüzlü...”
Mən ona çox yaxşılıq etmişəm!
Bu sözləri aktyor Əli Nur xalq artisti Məzahir Süleymanov və qiraətçi Ağalar Bayramovun onu təhqir etməsi haqda Speys TV-nin "Görüş yeri” verilişində danışarkən deyib:
"Məzahir Süleymanov və Ağalar Bayramov heç kimin bostanına daş atmadığım halda belə hərəkət ediblər. Məzahir müəllim niyə mənim haqqımda elə sözlər danışıb axı? Mən ona çox yaxşılıq etmişəm! Məzahir Süleymanov ailəsi dağıldıqdan sonra onu evimə gətirmişəm, 6 ay saxlamışam, sonra evləndirmişəm. Məni niyə təhqir edib, boşboğaz adlandırıb?
Mən boşboğaz adam deyiləm, şou adamı deyiləm! Məzahir Süleymanov, sənin mənimlə nə işin var? Niyə məni təhqir edirsiniz? Ağalar Bayramov da orda-burda mənim haqqımda nalayiq ifadələr işlədir. Onun mənim haqqımda qorxaq, ikiüzlü, yaltaq deməyə haqqı yoxdur. Hamı bilir ki, mən sözün düzünü deyən aktyoram”.
Xatırladaq ki, əməkdar artist Əli Nurun Ölkə.az-a müsahibəsində xalq artisti Məzahir Süleymanovun şəxsi həyatı ilə bağlı dediyi sözlərdən sonra iki aktyor arasında qalmaqal daha da böyüyüb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az