"Starlab" Tibb Mərkəzində media kapitanları ilə görüş keçirildi - FOTOLAR


Bu gün "Starlab” Tibb Mərkəzində Azərbaycan Milli Mətbuatının 141 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ölkənin müxtəlif kütləvi informasiya vasitələrinin rəhbərləri, tanınmış jurnalistlər və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə klinikanın direktoru Şükürəli Cəfərov açaraq Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib. Azərbaycan mediasının uzun şərəfli tarix yolu keçdiyini deyən Ş.Cəfərov ölkədə söz azadlığının yüksək səviyyədə təmin edildiyini deyib. Daha sonra "Starlab” Tibb Mərkəzinin PR meneceri Fərqanə Qasımova çıxış edərək tədbirin məqsədinin media ilə Tibb Mərkəzi arasında sağlam əlaqənin yaradılmasına çalışmaq olduğunu bildirib. Klinikanın çoxşaxəli fəaliyyətindən danışan F.Qasımova vətəndaşlara peşəkar həkim personalının xidmət etdiyini vurğulayıb. Daha sonra klinika adından media nümayəndələrinə hədiyyələr təqdim olunub. Sonda jurnalistlər Tibb Mərkəzilə tanış olublar.

 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az