Studiyada yıxılan aparıcı-“Ciddi problem yoxdur...”

Studiyada yıxılan aparıcı-“Ciddi problem yoxdur...”

"Xəzər Xəbər”in  aparıcısı Günel Qədimovanın efirdən sonra yıxılması, qapalı kəllə-beyin travması  alması barədə xəbər yayılıb.  İddia olunub ki, hadisə ötən gün proqramın 15:00 buraxılışından sonra baş verib, xəsarət alan aparıcı "təcili yardım” xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. 

"Qafqazinfo” mövzu ilə bağlı G. Qədimova ilə əlaqə saxlayıb. O, yayılan xəbərin şişirdildiyini, səhhətinin qaydasında olduğunu bildirib:

"Mənim səhhətim qaydasındadır, ciddi problem yoxdur. Sadəcə olaraq məlumat şişirdilib. Bayaqdan zənglər gəlir, telefonum susmur, dostlarım narahat olublar”.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az