Sülhəməcburetmənin nəticəsi: Paşinyan qəbul etdi

Sülhəməcburetmənin nəticəsi: Paşinyan qəbul etdi

Rusiya Müdafiə Nazirliyi Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına hazırlıq prosesi ilə bağlı təkliflər verib, bu təkliflər Ermənistan tərəfindən qəbul edilir.

Miq.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.

"Dünən mənim bəyanatımdan sonra Rusiya Müdafiə Nazirliyi demarkasiya və delimitasiyaya hazırlıq mərhələsi ilə bağlı təkliflərlə çıxış edib. Mən təsdiq etmək istəyirəm ki, bu təkliflər bizim üçün məqbuldur”, - deyə o bildirib.

Paşinyan hökumətin iclasında müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə detalları müzakirə etməyi və bu təkliflər üzərində işləməyi tapşırıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az