Surət Hüseynov necə vəfat edib? - Təfərrüat

Surət Hüseynov necə vəfat edib? - Təfərrüat

Xəbər verdiyimiz kimi, ötən gün sabiq Baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

Miq.Az Türkiyənin "Cümhuriyyət” qəzetinə istinadən xəbər verir ki, S. Hüseynov dünən səhər saatlarında İstanbul hava limanında şüurunu ani itirməsi və ürəyinin dayanması səbəbi ilə xəstəxanaya gətirilib, bütün müdaxilələrə baxmayaraq vəfat edib.

Belə ki, o, əvvəlcə İstanbuldakı Arnavutköy Dövlət xəstəxanasına, ordan isə Medipol Mega Üniversitetinin xəstəxanasına aparılıb.

Bildirilib ki, S. Hüseynovun ilk müayinədə huşsuz, təbii tənəffüsü və ürək döyüntüsü olmayıb. Bu vəziyyətdə reanimasiya müdaxiləsi davam etdirilib və lazımi tibbi müalicələr aparılıb.

Onun nəşinin tibbi ekspertizaya göndərildiyi qeyd olunub.

Xatırladaq ki, 64 yaşlı S.Hüseynov bu gün Gəncə şəhərində 4 saylı qəbristanlıqda ata və anasının məzarı yanında dəfn olunacaq.//Qafqazinfo

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az