Sürücülərə şad xəbər: Bu cərimə qanunvericilikdən çıxarılır

Sürücülərə şad xəbər: Bu cərimə qanunvericilikdən çıxarılır
Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə cəzanı nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılır.

Miq.az Report-a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Belə ki, məcəllədən 342.1.2 maddəsi çıxarılır.
Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir.
Layihədə bildirilib ki, təcrübədə bu maddə tətbiq olunmur. 
Layihə noyabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az