Sürücülərin işini xeyli asanlaşdıracaq yeni sistem istifadəyə veriləcək. Artıq yaxın vaxtlarda avtomobilinizi park etməyə görə ödənişi sms vasitəsi ilə həyata keçirə biləcəksiniz. Yeni layihənin bir sıra detalları artıq hazırdır.
Miq.az xezerxeber.com-a istinadən bildirir ki, Bakıda avtomobillərin parklanması üçün ödənişi SMS vasitəsilə həyata keçirmək mümkün olacaq. Bu layihə Bakı şəhər İcra Hakimiyyəti və yerli mobil operatorlardan biri tərəfindən həyata keçiriləcək. Hazırda layihə hazırlanır və tam hazır olduqdan sonra istifadəyə veriləcək
Ekspert Ərşad Hüseynov yeni sistemin artıq bir sıra ölkələrdə tətbiq olunduğunu və xeyli bəyənildiyini deyir. Bu sistem vasitəsilə ödənişdən yayınaraq park olunan avtomobillər də müəyyən ediləcək
Ekspertin sözlərinə görə, bu sistemin tətbiqi sürücülərin işini xeyli asandlaşdıracaq
Miq.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: