Şuşada erməni polislərin məhvindən dəhşətli FAKTLAR
Şuşada oktybarın 4-də baş verən hadisədə erməni polislərin ölüm halları ilə bağlı dəhşətli faktlar üzə çıxıb.
Ordu.az xəbər verir ki, bu barədə ermənilərə məxsus "Mediaport” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, hadisə vaxtı böyük sayda polislər Nikol Paşinyanın birbaşa əmri ilə Şuşadakı mədəniyyət Evində toplaşıblar, bundan sonra Azərbaycan onların yerini dəqiq şəkildə aşkarlayıb və binanı vurub.
Hadisə baş verdiyi gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ozamankı direktoru Argişti Kyaramyan Nikol Paşinyana baş verəni məruzə edib, bu və digər faktları göstərib, bundan sonra Paşinyan ölmüş polislərin meyitlərini gizli saxlamağı və bütün videoları silməyi tapşırıb ki, onların yayılmasının qarşısını alsın.
Miq.Az