Şuşanın işğalına rəhbərlik edən erməni general ölüb

Şuşanın işğalına rəhbərlik edən erməni general ölüb

Ermənistan müdafiə nazirinin sabiq müavini, Xocalı soyqrımının təşkilatçılarından və Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş erməni cəlladlarından biri olan general-mayor Arkadi Ter-Tadevosyan ölüb.

"Report” "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu onun silahdaşı polkovnik Ara Muradyan deyib.

O, 82 yaşında ölüb. Arkadi Ter-Tadevosyanın xəstəxanaya yerləşdirilməsi barədə şayiələr dolaşsa da, onun diaqnozu açıqlanmırdı.

Qeyd edək ki, A.Ter-Tadevosyan Xocalı soyqırımının əsas təşkilatçılarından biri olub. O, 1992-ci ilin may ayında Şuşanın işğalı əməliyyatına da rəhbərlik edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az