Taekvondoçumuz Dünya Oyunlarında qızıl medal qazanıb

Taekvondoçumuz Dünya Oyunlarında qızıl medal qazanıb
Azərbaycan yığması Hərbiçiləri VI Dünya Oyunlarında hesabına daha bir medal yazdırıb.
Vətəninfo.az-ın Apasport.az-a istinadən məlumatına görə, millimizin uğuruna taekvondoçumuz Ayxan Tağızadə imza atıb.

 68 kq çəki dərəcəsində gücünü yoxlayan Avropa Oyunlarının qalibi komandamızın aktivinə gümüş medal əlavə edib. Belə ki, 1/8 finaldan mübarizəyə qoşulan Tağızadə öncə Harkourt Lordeni (Kanada) 14:6, ardınca Edqar Kontrerası (Venesuela) 9:2 hesabı ilə məğlub edib. Yarımfinalda da həmyerlimiz inamlı döyüşüb və italiyalı Kladio Treviso üzərində inamlı qələbə qazanıb – 7:5.

 Lakin həlledici qarşılaşma Ayxan üçün istədiyi kimi alınmayıb. O, 5:9 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

 Bu taekvondo millimizin yarışda qazandığı ikinci medal olub. Ondan öncə Radik İsayev (+87 kq) bürünc mükafata yiyələnib.

 Qeyd edək ki, yarışa oktyabrın 11-də yekun vurulacaq.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az