TAHİR KƏRİMOV İNDİ DƏ VİRTUAL SAVAŞ APARIR

TAHİR KƏRİMOV İNDİ DƏ VİRTUAL SAVAŞ APARIR

BU YOLLA ÖZ MÖVQEYİNİ QORUYACAĞINI ZƏNN EDƏN BAŞÇININ MENYÜSÜNƏ

Bir neçə gün əvvəl adamları redaksiyamızı təhdid və təhqir etmiş Salyanın icra başçısı Tahir Kərimovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Bu barədə məlumatı verən mötəbər mənbə iddia edir ki, Tahir Kərimovun sən demə, inqilab qorxusu yaşamaqdadır. Yəni icra başçısı ehtiyatlanır ki, Qubada baş verənlərin təkrarı Salyanda cərəyan edə bilər. Hər halda, bu gün Salyandakı durum Tahir Kərimovun əsaslı olaraq narahat olmasına bir işarədir.

Daxil olan məlumatlara görə, Salyanın icra başçısı Tahir Kərimov rayondakı narazılıqla bağlı mətbuatda dərc edilən yazılardan qorxuya düşüb. Oxucuların diqqətinə çatdıraq ki, Quba hadisələrindən sonra mətbuatda oxşar olayların Salyanda da təkrarlana biləcəyi barədə xəbərlər dərc olunmuşdu. Həmin xəbərlərdə deyilir ki, əhali Tahir Kərimovun fəaliyyətindən ciddi narazıdır. Bu baxımdan onun qanunsuz əməllərinə qarşı etiraz aksiyaları keçirməyə hazırlaşırlar. 

“DİA.az”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az