Tahir Kərimova yeni vəzifə verilir

Tahir Kərimova yeni vəzifə verilir

Bir neçə gün əvvəl Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Tahir Kərimova yeni vəzifə verilir. Miq.az xəbər verir ki, bu barədə Qaynar.info-ya hakimiyyətdaxili mənbələrdən məlumat daxil olub.

Tahir Kərimovun konkret hansı vəzifəyə təyin olunacağını dəqiqləşdirə bilmədik. Amma böyük ehtimalla yenidən rayonlardan birinə icra başçısı təyin ediləcək.

Məlumat redaksiyamıza gec saatlarda daxil olduğu üçün Tahir Kərimovun özü ilə dəqiqləşdirə bilmədik.

Xatırladaq ki, Tahir Kərimov azsaylı icra başçılarından olub ki, prezident onun başçılıq etdiyi rayona qəfil səfər edib və görülən işlərdən razı qalıb. Bu isə hakimiyyətin yuxarı dairələrinin ondan razı qalmasını deməyə əsas verir.

Onu da qeyd edək ki, Tahir Kərimov 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnistitutunu bitirib. 1991-1995-ci illərdə "Ümid" İstehsalat Assosiasiyasının Prezidenti, 1995-2001 və 2003-2006-cı illərdə H.Z.Tağıyev adına balıqhisləmə zavodunun direktoru, 2001-2002-ci illərdə "Caspian Fish" LTD şirkətinin baş direktoru olub. O, 2006-2011-ci illərdə Daşkəsən, 2011-2016-cı illərdə Salyan Rayon İcra Hakimiyyətinə başçılıq edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az