Taleh Kazımovdan kredit faizlərinin yüksək olması barədə iddialara cavab

Taleh Kazımovdan kredit faizlərinin yüksək olması barədə iddialara cavab

Azərbaycanda hüquqi şəxslərə verilən kreditlər 11 %-dən başlayır, bu sahədə 20 % yoxdur.

Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında kredit faizlərinin yüksək olması barədə iddialara cavab verən Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, istehlak kreditləri üçün bu göstərici 16,1 %-dir: "Mən də başa düşürəm ki, yüksək faizlərlə çətindir. Amma gəlirlər də yüksək deyil. Siyavuş müəllim ötən iclas Amerikanı misal göstərdi. Biz faizləri aşağı salmaq üçün depozitləri aşağı salmalıyıq. Amma etiraf edək, 4-5 %-lə banka depozit qoyan olacaqmı? Biz depozit faizlərini aşağı salsaq, camaat depozitini banka gətirməyəcək. Mən Azərbaycanda bank kreditlərinin faizinin 20-25 % olmasını görməmişəm. Ola bilsin ki, belə faiz göstəricisi mikrokreditlərdə olsun”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az