Talibandan Türkiyəyə şok təklif: “Hərbi qüvvələrinizi çıxarın, amma...”

Talibandan Türkiyəyə şok təklif: “Hərbi qüvvələrinizi çıxarın, amma...”

"Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban Türkiyədən Kabil hava limanını işlətməsini istəyib”.

Miq.Az xəbər verir ki, bu barədə Türkiyənin "Hüriyyət” qəzeti məlumat yayıb.

Nəşr bu yöndə tərəflər arasında danışıqların davam etdiyini iddia edib:

"Türkiyə Rəyasət Heyəti, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və MİT vasitəsi ilə danışıqlar apardı. Bəzi səviyyələrdə Talibanla, həmçinin Pakistan və Qətərlə də birbaşa görüşlər keçirilib. Taliban lap əvvəldən Kabildə Türkiyə hərbi qüvvələrinin saxlanılması ilə bağlı Ankaraya etirazını bildirib. Ankaraya dedilər ki, əgər Türkiyə orada hərbi qüvvə saxlasa, sabah Rusiya, Pakistan və Çin kimi ölkələr də eyni addımı ata bilərlər. Amma buna baxmayaraq, Taliban Türkiyədən hava limanını işlətməsini istəyib”.

Qəzetin məlumatına görə, hava limanı ilə bağlı Türkiyə və Taliban arasında danışıqlar davam edir.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az