“Talibanla” görüş oldu, qərarımız... - Ərdoğan açıqladı

“Talibanla” görüş oldu, qərarımız... - Ərdoğan açıqladı

"Kimlərin necə, hansı formada tənqidlər etdiyini bilmirəm. Hər kəsin tənqid etmək haqqı vardır. İstədiyimiz tənqidi edə bilərik. Bizim də biri ilə görüşmək üçün kimsədən icazə almaq kimi düşüncəmiz yoxdur. Səfirlikdə 3,5 saat görüş keçirilib. Ehtiyac olarsa, yenə bu formada görüşlər keçirmək fürsətimiz olacaq. Bu cür görüşlərlə prosesi sağlam şəkildə həyata keçirməyə çalışırıq. Onların gözlədikləri nədir? Bizim gözləntilərimiz nədən ibarətdir? Bütün bunları görüşərək müzakirə edəcəyik. Diplomtiya nədir? Diplomatiya elə budur. İndi də dostlarımız bunu qərarlılıqla həyata keçirirlər”.

Miq.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Taliban”la təmasların davam etməsi və bəzilərinin bunu tənqid etməsinə münasibət bildirərkən deyib.

Sentyabrın 1-dən sonra Türkiyənin Əfqanıstanda tutumunun necə olmasına gəldikdə prezident deyib ki, Əfqanıstandakı səhnəni görmək lazımdır:

"Əfqanıstnda hazırda ciddi hakimiyyət boşluğu müzakirə mövzusudur. Öncə hakimiyyətin aydınlaşması lazımdır, bundan sonra biz də qərarımızı verəcəyik. Türk Hava Yolları hazırda mülki insanları, hərbçilərimizi haradan alıb gətirir? İslamabaddan. Biz dövlətik, dövlət olaraq da edilməsi nə lazımdırsa, onu da edirik”.

Türkiyə prezidenti bildirib ki, 20 ildir Türkiyə həm dövlət, həm də mülki yatırımçılarla Əfqanıstanda olub: "Bütün fəaliyyət zamanı lazımi addımlar atılıb. Biz təxliyə prosesini sürətli şəkildə başa çatdıracağıq. Müvafiq qurumlarımız bu addımı atırlar”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az